Modern.az

Beyləqanda ağır qəza: 2 ölü, 3 yaralı

Beyləqanda ağır qəza: 2 ölü, 3 yaralı

22 Fevral 2018, 22:50

Beyləqan rayonunda ölümnən nəticələnən ağır yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb.

 

İki minik maşınının toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 3 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı rayon polisində araşdırma aparılır. Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi