İyulun 25-də ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mərhum prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra rusiyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Geniştərkibli görüşündə Rusiya ilə Azərbayjan arasında hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, regionda mövjud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Qəbələ RLS ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir S.Əbiyev bildirib ki, Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələr sürətlə inkişaf edir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiya tərəfinin, xüsusilə prezident Dimitri Medvedevin səylərininin təqdirəlayiq olduğunu bildirən Səfər Əbiyev qeyd edib ki, qısa zaman ərzində prezidentlər arasında təşkil edilən çoxsaylı görüşlər problemin sülh yolu ilə həll edilməsinə ümidləri artırır. Eyni zamanda nazir Səfər Əbiyev bildirib ki, bununla paralel olaraq Azərbaycan oz ordusunu gücləndirməkdə davam edir.
Sonra nazirlər arasında təkbətək görüş keçirilib.