Modern.az

Mətbuat Şurası Ali Media Mükafatını bu jurnalistlərə verib (SİYAHI)

Mətbuat Şurası Ali Media Mükafatını bu jurnalistlərə verib (SİYAHI)

25 İyul 2011, 13:55


İyulun 22-də Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının təqdimatı keçirilib. Şuradan Modern.az-a bildirilib ki, laureatlar aşağıdakı şəxslər olub:

I dərəcə - (5000 manat)

Mətbuat tarixinin öyrənilməsindəki səmərəli elmi fəaliyyətinə görə;

1.   Şamil Vəliyev - Bakı Dvlət Universitetinin professoru;
2.   Nəsiman Yaqublu - Bakı Dövlət Universitetinin müəllimi

II dərəcə - (2000 manat)

Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə;

1.   Aslan Aslanov - Azərbaycan Dövlət Teleqraf Agentliyinin («AzərTAc») baş direktoru;
2.   Rauf Arifoğlu - «Yeni Müsavat» qəzetinin baş redaktoru;
3.   Əhməd İsayev - «Azərbaycan» qəzetinin əməkdaşı.

III dərəcə - (1000 manat)

Azərbaycan mətbuatındakı səmərəli fəaliyyətinə görə;

1.   Tahir Aydınoğlu - «Xalq qəzeti»nin baş redaktor müavini.
2.   Flora Xəlilzadə - «Azərbaycan» qəzetinin şöbə müdiri;
3.   Məzahir Əhmədoğlu - «Ədalət» qəzetinin baş redaktor müavini;
4.   Arzu Şirinova - «Xalq cəbhəsi» qəzetinin redaktoru;

Azərbaycan həqiqətlərinin xarici ölkələrdəki təbliğinə görə;

5.   İlqar Hüseynov - «Trend» İnformasiya Agentliyinin baş direktoru.

Mükafatın maliyyə dəstəyi «Azercell Telekom» MMC-yə məxsusdur.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi