Modern.az

İrəvanda Azərbaycana işləyən erməni casus ələ keçib

İrəvanda Azərbaycana işləyən erməni casus ələ keçib

25 İyul 2011, 14:06

Erməni xüsusi xidməti Azərbaycana işləyən erməni casusu tutduğu barədə məlumat yayıb

Ermənistan Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın xeyrinə casuslauq edən İrəvan sakini həbs etməsi barədə məlumat yayıb. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, 1980-ci ildə doğulan Karen Mehrabyan Azərbaycan xüsusi xidmət orqanları ilə əlaqələrdə şübhəli şəxs kimi saxlanlıb.Ermənistan MTN-in mətbuat xidmətinin açıqlamasında qeyd olunur ki, Mehrabyan çoxdan erməni kəşfiyyaçılarının müşahidəsi altında imiş. Erməni MTN-ni idda edir ki, Meharbyanın xüsusi məlumatları Bakıya ötürməsi ilə bağlı faktlara malikdir. Bu məlumatlar Qarabağın qondarma rejiminin hərbi potensialı barədə olub. Bu zaman Mehrabyan guya separatçı rejimdə yaşayan bir ermənini və Ermənistan Müdafiə Nazirliyinin qulluqçusunu ələ almağa cəhd edib. 
Ermənistan MTN-i idda edir ki, Meharbyan Azərbaycan xüsusi xidmət işçilərinin təlimatlarını almaq üçün Türkiyədə onlarla mütəmadi görüşüb. Bununla bağlı ona qarşı “vətənə xəyanət” maddəsi üzrə cinayət işi açılıb. Qeyd edək ki, Meharbyan erməni-gürcü sərhəddini keçərkən saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı