Modern.az

Sankt-Peterburqda azərbaycanlı faciəsi: İmişli sakini lənkəranlını öldürüb

Sankt-Peterburqda azərbaycanlı faciəsi: İmişli sakini lənkəranlını öldürüb

25 İyul 2011, 15:11

Rusiyanın Sankt-Peterburq şəhərində ticarətlə məşğul olan azərbaycanlılar arasında baş verən mübahisə faciə ilə bitib. Sankt-Peterburqda səfərdə olan yazıçı-kulturolq Aydınxan Əbilovun Modern.az-a verdiyi məlumata görə, “Piterdə” kriminal dairələrlə əlaqələrdə olan, əslən Lənkəran rayonunun Girdəni kəndinin sakini Məzahir adlı soydaşımız İmişli rayonundan olan bir gənc tərəfindən 14 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hadisənin qisas zəmnində törədildiyi guman edilir. Qatili tanıyanların sözlərinə görə, ötən il Məzahir həmin gənci “Araz” kafesində ruslara döydürüb və şəxsiyyətini təhqir edib. Həmin vaxt kriminal nüfuz dairələri işə qarışaraq barışıq əldə etməyə nail olublar. Lakin görünür İmişildən olan soydaşımız təhqiri unuda bilməyib.

Öldürülən Məzahir adlı lənkəranlı Sankt-Peterburqda özəl taksi xidməti göstərən soydaşlarımızı “himayə” edirmiş. Digər məlumata görə, Məzahirin böyük qardaşı da ötən il çoxlu sayda spirtli işki qəbul etdiyindən kafedə vəfat edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı