Modern.az

Tovuzda DƏHŞƏT – Ərlə arvad diri-diri yandı

Tovuzda DƏHŞƏT – Ərlə arvad diri-diri yandı

24 Fevral 2018, 11:33

Tovuzda baş vermiş yanğında iki nəfər ölüb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Tovuz rayonunda ümumi sahəsi 320 m2 olan ikimərtəbəli 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı 4 m2 sahədə və digər otaqda divan qismən yanıb.

 

Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının qismən yanmış cəsədləri aşkar olunub. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi