ABŞ prezidenti Donald Tramp ilə Avstraliyanın baş naziri Malkolm Törnbulun görüşü zamanı bir maşın təhlükəsizlik baryeri ilə toqquşub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin nəticəsində Ağ evdə qısa müddətli həyəcan baş verib. Sarayın ətrafındakı bir neçə yol xəttində hərəkət məhdudlaşdırılıb.
Təhlükəsizlik baryerinə toqquşan qadın sürücü müşahidə altına alınıb. Hadisənin qəsdən törədilməsi və ya sadəcə qəza ilə baş verdiyi barədə məlumat verilməyib.