Modern.az

Azərbaycanın QHT rəhbərlərinin Avropa Parlamentinin iqamətgahına səfəri olacaq

Azərbaycanın QHT rəhbərlərinin Avropa Parlamentinin iqamətgahına  səfəri olacaq

25 İyul 2011, 17:26

Azərbaycan QHT nümayəndələrindən ibarət bir qrup Avropa Parlamentinin Brüsseldəki iqamətgahına və Strasburqda Avropa Şurasına səfər edəcəklər. Məlumatı “Dünya Gənclər Bankı Şəbəkəsi” MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli verib. Bank rəsmisinin sözlərinə görə,  hər iki səfərlə bağlı artıq AŞ və AP-nin rəsmiləri arasında aparılmış müzakirələr nəticəsində müəyyən razılıq əldə olunaraq, zəruri işlər həll olunub:
“Belə səfərlərin təşkilində məqsəd Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişaf səviyyəsinin heç də digər ölkələrdən aşağı olmamasını və eyni zamanda, yerli QHT-lərin Avrointeqrasiya prossesinə töhvəsinin, marağının nəticəsi kimi qiymətləndirilə bilər. Hazırda təbii ki, hər iki səfərin tarixi ilə bağlı dəqiqləşdirlimə işləri aparılır. Biz beynəlxalq qurum olduğumuzdan səfər edəcək yerli QHT-lərin seçim prossesi Anar Xəlilovun rəhbərliyi altında “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi tərəfindən aparılacaq. Biz bu səfərdə bütün QHT-lərin iştirakını arzulayardıq. Ancaq  İstər Avropa Şurası, istərsə də Avropa Birliyi ilə aparılan müzakirələrdə hər iki qrumun daxili nizamnaməsi və maliyyə məsələləri bizə konkret qərar qəbul etməyə kömək etdi”.

Xatırladaq ki, regional ofisin rəhbərinin hər iki səfərlərin tarixi ilə bağlı yaxın günlərdə Avropa Şurası Gənclər və İdman Direktorluğunun rəhbəri Raif Rene Veingaertner və Avropa Parlamentinin Beynəlxalq Komitəsinin VC müdirliyinin rəhbəri Justina Martinez ilə sonuncu müzakirələr üçün görüşü planlaşdırırlır.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı