Çində şahmat üzrə kişilər arasında keçirlən Dünya Çempionatının səkkizinci turunda Azərbaycan və Ermənistan şahmatçıları üz-üzə gəlib.
Modern.az bildirir ki, qarşılaşmada ilk öncə Vüqar Həşimov – Sergey Movsesyan oyunu başa çatıb. Onlar xalları yarı bölüblər. Daha sonra Teymur Rəcəbov erməni şahmatçısı Levon Aronyanla sülh bağlayıb. Rauf Məmmədov isə Vladimir Akopyanla üz-üzə gəlib və mğlub olub. Əvəzində Şəhriyar Məmmədyarov Sergey Movsesyanı məğlub edib. Belədə Azərbaycan - Ermənistan komandaları arasındakı oyun 2:2 hesabı ilə nəticələnib.