Elçin Şıxlının sədri olduğu Azərbaycan Jurnalistlər Birliyi 2011-ci il üçün Həsən bəy Zərdabi mükafatının laureatlarının adlarını açıqlayıb. Laueratlar aşağıdakı şəxslərdir:
Rəşid Hacılı (Media Hüququ İnstitutu) jurnalistlərin hüquqlarının müdafiəsi sahəsində uğurlarına görə;
Vəsilə Vahidqızı (İctimai TV) ictimai-siyasi məsələlərdən bəhs edən “Ortaq məxrəc” verilişinə görə;
Rəfiqə Sadıqova (“Gəncənin səsi” qəzeti) şəhərin ictimai-sosial həyatını işıqlandıran yazılarına gör;
Ayaz Nizamioğlu (ANS TV) uğurlu televiziya layihələrinə görə;
İlqar Həsənov (“Xalq qəzeti”) regionların sosial-iqtisadi inkişafına həsr olunmuş silsilə yazılarına görə;
Tofiq Yusifov (professor) jurnalist kadrlarının hazırlanması işində uğurlarına görə;
Timur Rzayev (“1news” agentliyi) ictimai-siyasi mövzularda yazılarına görə.
Modern.az