Modern.az

Nazarbayevin varisi elan edildi

Nazarbayevin varisi elan edildi

25 İyul 2011, 19:05

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mümkün varisinin adı elan edilib - bu Timur Kulibayevdir.

"Azadlıq" radiosunun məlumatına görə, Nazarbayevin baş müşaviri Yermuxamet Yertisbayev iyulun 25-də Rusiyanın “Kommersant” qəzetinə deyib ki, əgər Nazarbayev qəfildən hakimiyyətdən getsə, ölkənin idarəçiliyini Qazaxıstanın nəhəng “Samruk-Kazina” holdinqinin rəhbəri, prezidentin ortancıl qızı Dinaranın əri Kulibayev öz üzərinə götürəcək.

İlk dəfədir ki, qazax rəsmiləri açıq şəkildə Nazarbayevin mümkün varisi haqda danışırlar.

Nazarbayev son həftələrdə rəsmi tədbirlərdə görünməmişdi. Rəsmi məlumata görə, prezident məzuniyyətə çıxıbmış.

Almaniyanın “Bild” qəzeti isə yazıb ki, Nazarbayev prostat vəzindən əməliyyat olunmaq üçün Almaniyada xəstəxanaya yerləşdirilib.

Yertisbayev bildirib ki, “prezidentin qəfildən hakimiyyətdən getməsi ilə bağlı fövqəladə vəziyyət yarandığı halda onun strateji kursunu Kulibatev davam etdirməyə qadirdir”.

Bir müddət yoxa çıxandan sonra Nazarbayev ötən həftənin cümə axşamı Astanada rəsmi tədbirdə iştirak edib.

Kulibayevin mümkün varis olması haqda söhbətlər çoxdan gedirdi.

Son prezident seçkiiləri ərəfəsi T.Kulibayev 80 milyard dollarlıq “Samruk-Kazina”nın rəhbəri təyin olunub.
Bu fond Qazaxıstan iqtisadiyyatının 60 faizinə nəzarət edir. O cümlədən enerji, nəqliyyat, kommunikasiya sektorları bu fondun nəzarətindədir.

44 yaşlı milyarder T.Kulibayev eyni vaxtda KazEnerjinin prezidentidir.
Bu özəl assosiasiya Qazaxıstanın neft, qaz və uran çıxaran 50 şirkətini birləşdirir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı