Modern.az

Makron və Merkel Putinlə atəşkəsi müzakirə edəcək

Makron və Merkel Putinlə atəşkəsi müzakirə edəcək

Aktual

25 Fevral 2018, 09:56

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin sabahdan etibarən Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü planlaşdırılır.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Verilən məlumata görə,  liderlər Suriyada atəşkəs qərarının tətbiq edilməsi və sülhün təmin olunması mövzularında birgə müzakirə aparacaqlar.

Həmçinin qeyd edilib ki, Fransa xarici işlər naziri Jan Yves Le Drianın  növbəti həftə Rusiyanın paytaxtı Moskvaya  ziyarəti reallaşacaq.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi