Modern.az

İmtahanlardan narazı abituriyentlər bu gün TQDK-ya toplaşırlar

İmtahanlardan narazı abituriyentlər bu gün TQDK-ya toplaşırlar

26 İyul 2011, 08:42


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrindən narazı qalan abituriyentlərin açıq apelyasiya ilə bağlı qeydiyyatına başlayır. TQDK-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, qurumda narazı abituriyentlərin qeydiyyatı iki gün aparılacaq - iyulun 26-da və 27-də.  
Apellyasiya şikayəti verən abituriyentlərin cavab kartlarının qrafik təsvirləri iyulun 27-də saat 14:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilməyə başlanacaq. Kartın qrafik təsvirinə baxmaq üçün abituriyentlər test imtahanının nəticələri bölməsində öz səhifələrinə daxil olmalıdırlar. Bundan sonra onların hər hansı sualı qalarsa, onlar iyulun 28-də TQDK-da keçiriləcək açıq apelyasiyada əyani olaraq iştirak edə bilərlər.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı