Modern.az

Azərbaycanlı deputat ATƏT PA-nın iclasında erməni deputatları ifşa etdi

Azərbaycanlı deputat ATƏT PA-nın iclasında erməni deputatları ifşa etdi

Aktual

26 Fevral 2018, 09:52

Milli Məclisin deputatı, ölkəmizin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Elşad Həsənov qurumun iclasında erməni deputatlarını Xocalı soyqırımında ittiham edib.

 

Avstriyada başa çatmış ATƏT Parlament Assambleyasının iclasında Milli Məclis üzvü Elşad Həsənov 26 il öncə Xocalıdakı qətliamı xatırladıb və Türkiyəyə dəstəyin zəruriliyini qeyd edib.

O qeyd edib ki, bu gün ATƏT məkanında ən böyük problemlərdən biri terrorizmdir və o, özündə qorxu, insan təlafatı və dağıdıcı qüvvə ehtiva edir:

 

"Terrorizm və onunla bitişən separatizm ATƏT-in fundamental prinsiplərinə - insan haqları, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq ilə ziddiyyət təşkil edir. Bundan savayı, ölkələr arasında dialoqun və qarşılıqlı fəaliyyətin olmaması bu mənfi prosesi daha da gücləndirir.

 

Azərbaycanın müasir tarixində terrorizmlə mübarizə mühüm yer tutur və Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələr sırasındadır. Bu günlərdə Azərbaycan xalqı bəşəriyyətə qarşı törədilmiş ən qatı cinayətlərdən biri olan Xocalı soyqırımının 26-cı ildönümünü qeyd edir. Bu soyqırımı hər bir Azərbaycan vətəndaşı üçün böyük faciədir. Ermənistanın hazırkı siyasi rəhbərliyinin birbaşa iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətdə 613 günahsız insan qətlə yetirilib, şəhər yerlə-yeksan edilib. Onilliklər keçməsinə baxmayaraq, bu gün də Xocalı daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsi Ermənistanın işğalı altındadır və dinc sakinlərin qətlinə görə hələ heç kim məsuliyyətə cəlb olunmayıb.

 

Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma rejim yaradılıb. Bu rejim terrorizm, separatizm və nəzarətsiz silahlanmanın məskəninə çevrilib. Təəssüf ki, çox zaman terrorçuların bəzi dövlətlər və siyasi dairələr tərəfindən maddi dəstəklə təmin olunması, hətta terroristlərə siyasi sığınacaq hüququnun tanınması və onlara “azadlıq mübarizləri” adının belə verilməsi hallarına rast gəlinir.

Bu gün Türkiyə öz təhlükəsizliyinə və ərazi bütövlüyünə təhlükə törədən terrorizmə qarşı təkbaşına mübarizə aparır. Türkiyənin Suriya ərazisindən gələn terrora qarşı mübarizəsini tam dəstəkləmək lazımdır. Əgər Yaxın Şərqdə terrorizm və etnik separatizm qələbə qazanarsa, bu, öz növbəsində, Avropanın təhlükəsizliyi və sabitliyi üçün böyük bir bəlaya çevriləcək. Ona görə də ATƏT PA terrorizmlə mübarizədə bütün istiqamətlərdə qətiyyətli mövqe nümayiş etdirməlidir".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi