Modern.az

Məktəbli bacı-qardaş Xocalı kompozisiyası hazırladı - VİDEO  

Məktəbli bacı-qardaş Xocalı kompozisiyası hazırladı - VİDEO   

Aktual

26 Fevral 2018, 10:02

Sumqayıt şəhər 11 saylı orta məktəbin şagirdləri Məhəmməd Əmin Nəsirli və Əminə Yaqut Nəsirli (bacı-qardaşdırlar) Xocalı soyqırımının ildönümünə həsr olunmuş musiqili kompozisiya hazırlayıblar.

Modern.az-ın məlumatına görə, musiqi parçası məşhur "Şilderin siyahısı" filmindən götürülüb. Çəkilişlər müxtəlif yerlərdə, o cümlədən Cocuq Mərcanlı kəndində aparılıb. Kompozosiya rus və ingilis dillərində səsləndirilib.
Kompozisiyanın konsertmeysteri Günel Hüseynova, skiripka müəllimi Xatirə Məmmədovadır.

Qeyd edək ki, 5-ci sinif şagirdi olan Əminə Yaqut həm də "Barjomi 2017" beynəlxalq musiqi festivalının laureatıdır.

Məhəmməd Əmin və Əminə Yaqut Fəxrəddin Hüseynov adına Qubadlı rayonu Mahmudlu kənd musiqi məktəbinin şagirləridir.

Onlar əslən Füzuli rayonundan olan jurnalist Nicat Nəsirlinin övladlarıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi