ABŞ-ın Çikaqo şəhərində Xocalı Qətliamının 26-cı ildönümü münasibətilə etiraz aksiyası keçirilib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Miçiqan prospektində həyata keçən aksiyada Ermənistanın Xocalıda həyata keçirdiyi qətliama və Qarabağın işğalına etiraz edilib. Aksiyaya ABŞ-da yaşayan Azərbaycan vətəndaşları ilə yanaşı, Türkiyənin Çikaqo baş konsulu Ümid Acar da daxil olmaqla çoxlu sayda türkiyəli də iştirak edib.
Aksiyada "Ermənistan beynəlxalq qanunları pozur", "Xocalı üçün ədalət istəyirik", "Erməni əsgərləri Azərbaycandan çıxmalıdır!" kimi şüarlar səsləndirilib.
Amerikalıların da maraq göstərdiyi aksiya insidentsiz başa çatıb.