Modern.az

ABŞ ordusunda YENİLİK – 3 illik PİZZA...

ABŞ ordusunda YENİLİK – 3 illik PİZZA...

Dünya

26 Fevral 2018, 14:56

ABŞ hərbçilərinin quru qidaları sırasına pizza da daxil edilib. Modern.az xəbər verir ki bu barədə ABŞ mətbuatı məlumat yayıb.

 

Hərbi Elmi-Tədqiqat Mərkəzinin rəsmi nümayəndəsi Devid Açsetta qeyd edib ki, bu pizza öz dad və keyfiyyətini 3 il ərzində saxlamağa qadirdir. Və bu, dondurulmuş pizzadan daha dadlıdır.

 

Onun sözlərinə görə hərbçilər bu ləziz yeməyi quru qidalar sırasında 2019-cu ilin əvvəlində görə biləcəklər. Hətta hərbçilər onu öz çantalarında xarab olmağından qorxmayaraq bir neçə gün daşıya bilərlər. Açsettonun sözlərinə görə mərkəzin əməkdaşları pizzanın ordunun ciddi standartlarına cavab verə bilməsi üçün bir neçə il gərgin əmək sərf edib.

 

Hazırda pizzanın dadı bir neçə təcrübəli dequstator tərəfindən yoxlanılır. Daha sonra isə bir neçə partiya hərbçilərə göndəriləcək. Necə deyərlər son söz hərbçilərindir.

 

Onun sözlərinə görə ABŞ hərbçiləri pizzanın qida rasionuna daxil edilməsini 80-ci illərdən xahiş edirdilər.

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB