ABŞ-ın mərkəzində baş verən sel və fırtınanın nəticəsində 5 nəfər həyatını itirib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Miçiqan, Arkanzas və Kentuçki ştatlarında yağan şiddətli yağış və qasırğa bölgələrdə bir sıra problemlərə yol açıb. Sürəti saatda 80 kilometrə çatan fırtına bir neçə evin damını uçurub. 20000-dən çox adam işıqsız qalıb.
Fırtınanın şiddətli təsiri nəzrə alınaraq Missuri, İndiana və İllinoys ştatlarında fövqəladə vəziyyət elan edilib.