Çinin Şanxay Hongqiao beynəlxalq hava limanında təyyarədə partlayış hadisəsi baş verib.
Moden.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Təyyarənin baş üstündəki baqaj bölümünə qoyulan bir çantada poverbank partlayıb. Partlayışdan sonra çantanın olduğu yerdən alov qalxıb.
Təyyarədə panika baş verib. Lakin, özünü itirməyən stüardessa çantanı bir stəkan su və bir qrafin meyvə suyuyla söndürə bilib.
Hadisədən sonra uçuş 4 saatlığa təxirə salınıb.
Qeyd edək ki, təyyarələrdə telefon və digər kiçik alətlərin şarjı üçün nəzərdə tutulmuş yalnız 100 wata qədər poverbanklara icazə verilir.
Hətta bəzi hallarda bunların da götürülməsinə qadağa qoyulur.
Əvəz ZEYNALOV