Cənubi Koreyada intihar etmək istəyənlərin qarşısının alınması üçün xüsusi dəstə yaradılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə daha çox intihara meyilli olanlar gənclərdir. Onlar daha çox Xan çayının üzərində yerləşən körpülərdən atılaraq həyatlarına qəsd edirlər. İntiharların qarşısını almaq üçün xüsusi dəstə daim körpü ərazisini nəzarətdə saxlayır.
Qeyd edək ki, Cənubi Koreyada hər 40 dəqiqədə bir nəfər intihar edir. İntiharların çoxunun əsas səbəb kimi işsizlik göstərilir.