ABŞ rəhbərliyindəki koalisiyanın Suriyanın Deyr əz Zor bölgəsində həyata keçirdiyi hava hücumları nəticəsində 29 dinc sakin həlak olub.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, dünən koalisiya Əş- Şafa və Darat Allouni kəndlərində hava hücumu həyata keçirib. Hücumda 29 nəfər ölüb, onlarla vətəndaş yaralanıb.
Məlumat üçün bildirək ki, koalisiya Suriya və İraqda İŞİD-ə qarşı əməliyyatlar həyata keçirir. İraqdakı əməliyyatlar Bağdadın razılığı ilə aparılır. Koalisiya İraq və Suriyada indiyə qədər həyata keçirdiyi hücumlarda ən azı 841 mülki vətəndaşın öldüyünü etiraf edib.