Modern.az

Daha bir jurnalist öldürüldü

Daha bir jurnalist öldürüldü

Dünya

26 Fevral 2018, 22:38

Slovakiyada Ringier Axel Springer adlı alman-isveçrə nəşriyyat evinin “törəmələrindən” birinin əməkdaşı Yan Kutsiyak öldürülüb. Modern.az yerli mediaya istinadən xəbər verir ki, Kutisyak və onun rəfiqəsi amansız hücuma məruz qalıb.

 

Cinayətin təfərrüatları sonadək aydınlaşdırılmasa da, “onun həmkarımızın məşğul olduğu araşdırma ilə bağlı olduğu barədə şübhələr yaranır”, - deyə, Axel Springer nəşriyyatından DW-yə bildiriblər.

 

Kutsiyak araşdırma jurnalistikası ilə məşğul olub və 2015-ci ildən Ringier Axel Springer-in Slovakiya bölməsinə məxsus olan AKtuality.sk xəbər portalında çalışıb.

 

O, fevralın 9-da dərc olunmuş sonuncu materialında bahalı mənzillər kompleksi ilə bağlı vergi maxinasiyalarından yazıb.

 

Slovakiyanın Dennik N informasiya portalının məlumatına görə, 27 yaşlı jurnalist ötən həftənin sonunda, Bratislavadan 65 km şərqdə yerləşən evində güllələnib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB