Modern.az

Qar hava limanının işini iflic etdi

Qar hava limanının işini iflic etdi

Dünya

26 Fevral 2018, 22:57

Kəskin hava şəraiti hava limanının işini iflic edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Avropanın ən böyük hava limanlarından biri olan Londonun “Hitrou” aeroportunda qar səbəbindən bu gün 40-a yaxın uçuş ləğv edilib.

 

Böyük Britaniya mediası yazır ki, ləğv edilən reyslər əsasən Avropadaxili uçuşlara və müxtəlif aviakompaniyalara, o cümlədən British Airways və Air Swiss-ə aiddir.

 

Demək olar, ölkənin bütün qış boyu müsbət temperatur və qarsız hava şəraitinin hökm sürdüyü mərkəzi rayonlarına qeyri-adi soyuqlar gəlib – uzun müddətdən sonra Londona ilk dəfə qar yağıb, havanın hərarəti -1 dərəcəyə enib.

 

British Airways aviaşirkətinin mətbuat üçün bəyanatında bildirilir ki, uçuşlarda fasilələr martın 2-dək davam edə bilər. Sinoptiklərin proqnozlarına görə, ölkə ərazisində həftə sonunadək əlverişsiz hava şəraiti gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB