Modern.az

 Liviyaya qarşı sanksiyalar genişləndirilib

 Liviyaya qarşı sanksiyalar genişləndirilib

Dünya

26 Fevral 2018, 23:41

ABŞ Liviyaya qarşı sanksiyaları növbəti dəfə genişləndirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata əsasən, yeni sanksiyalar qeyri-qanuni neft məhsullarının satışı ilə məşğul olan özəl  qurumlara və şəxslərə yönəldilib: “Sanksiya siyahısına 6 fiziki şəxs, 24 şirkət və 7 gəmi daxil edilib. Neftin qeyri-qanuni satışı Liviyanın suverenliyini pozur, “qara bazar”ı genişləndirir və ölkədə  qeyri-sabitliyin artmasına səbəb olur”.

Qeyd edək ki,  ABŞ vətəndaşları və təşkilatlarına “qara siyahı”ya daxil edilən şəxslər və şirkətlərlə əməkdaşlıq etmək qadağan edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?