Modern.az

“Köhnə Bakı” kafesində azərbaycanlılarla ermənilər arasında silahlı atışma olub

“Köhnə Bakı” kafesində azərbaycanlılarla ermənilər arasında silahlı atışma olub

Təhsil

26 İyul 2011, 14:32

Nijeqorod vilayətinin Dzerjinsk şəhərində Ermənistan və Azərbaycan vətəndaşları arasında dava olub. Modern.az  “NTA-Privolje” agentliyinə istinadən bildirir ki, bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.

Dava “Köhnə Bakı” kafesində baş verib. Azərbaycanlıların oturduğu bu kafeyə ermənilər daxil olublar. Bundan sonra onlar arasında mübahisə başlayıb. Əlbəyaxa ilə başlayan dava atışmaya çevrilib. Belə ki, mübahisə zamanı qəfildən kafeyə gələnlərdən biri ov tüfəngi ilə atəş açıb. Nəticədə azərbaycanlıların iksi yüngül yaralanıb.

Bundan sonra atəş açan erməni hadisə yerindən qaçıb. Hazırda onlar axtarışa verilib. Dava-dalaşın səbəbləri araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı