Modern.az

İran, Türkiyə və Rusiya prezidentləri İstanbulda görüşəcəklər

İran, Türkiyə və Rusiya prezidentləri İstanbulda görüşəcəklər

27 Fevral 2018, 08:53

İran, Türkiyə və Rusiya prezidentləri aprel ayında İstanbulda görüşərək Suriya probleminin həllini müzakirə edəcəklər.

Modern.az xəbər verir ki, bu barədə m İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bildirib. O, hər üç dövlətin problemə baxışında uyğun məqamlar olduğunu söyləyib.

Onun sözlərinə görə prezidentlər daim əlaqə saxlayaraq siyasi addımlarını koordinasiya edirlər.

Prezidentlərin görüşündə həmçinin üçtərəfli iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə mövzusu olacaq.

Sizə yeni x var
Keçid et
İran Netanyahunun evini VURDU