Modern.az

Aygün Kazımova xarici ölkədə konsert verdi  

Aygün Kazımova xarici ölkədə konsert verdi   

Aktual

27 Fevral 2018, 09:01

Azərbaycanın xalq artisti Aygün Kazımova növbəti dəfə ölkədən kənarda konsert proqramı ilə çıxış edib. 

 

Modern.az xəbər verir ki, fevral ayının 24-ü Aygün Kazımova Belarusun paytaxtı Minsk şəhərində möhtəşəm solo konsertlə çıxış edib. 

 

Konsert Minskin ən elit məkanlarından sayılan "Opera" səhnəsində baş tutub. Konsertdə ard-arda hit mahnılarını ifa edən sənətçini səhnədə  Vaqif Gərayzadənin bədii rəhbəri, Anar İsayevin isə musiqi rəhbəri olduğu musiqi ansamblı müşayiət edib. 


Ölkənin əsas ulduzu səhnə geyimlərinə də xüsusi diqqət ayırıb. 

 

Aygün Kazımovanı səhnəyə Azərbaycanın beynəlxalq statuslu dizayneri olan Rüfət İsmayılın "Naz by Rufat İsmayil" kolleksiyasının 2 eksklüziv əlbisəsində çıxıb. 

 

Sənətçinin  saç düzümü və vizajını isə ən məşhur stilistlərdən olan Gusik Simon edib. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi