Modern.az

Müəmmalı şahzadə ölümləri davam edir

Müəmmalı şahzadə ölümləri davam edir

27 Fevral 2018, 11:16

Qoqensollern sülaləsində olan şahzadə Karlos Patrik Qodxard otelin 21-ci mərtəbəsindən düşüb. Modern.az Almaniya mətbuatına istinadən xəbər verir.

Hadisə Almaniyanın Frankfurt şəhərində baş verib. İntercontinental otelinin 21-ci mərtəbəsindən düşən şahzadə aldığı travmalardan yerindəcə keçinib. Polis hadisənin özünə qəsd olduğunu düşünür.

Mərhum oteldə qeydiyyata düşməyib. Sadəcə otelə gəlib 21-ci mərtəbədə yerləşən restorana gəlib. Onun ora nəyə görə gəldiyi məlum deyil. Eyni zamanda polisin məlumatına görə şahzadədə heç bir psixi problemdən əziyyət çəkməyib.

 

Mərhum incəsənət əsərləri kolleksiyaçısı Qodxard Fon Qoqensollerin oğludur. 2014-cü ildə maliyyə fırıldağına görə 4 il cəzaya məhkum edilib. Hadisə baş verən gün şahzadəni Şimali Reyn-Vestfaliya əyalətinin Eskirxen şəhərindəki türmədən həftə sonu üçün buraxılıb.

Polisin məlumatına görə şahzadənin türmədə heç bir psixi problemi qeydə alınmayıb. Tam əksinə onun müddətdən tez azadlığa çıxmaq üçün çox böyük şansı olub.

Qeyd edək ki, Qoqensollern nəsli Şvab əsilli olub müxtəlif dövrlərdə Prussiya, Rumıniya və qədim Almaniya kralları olublar.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Netanyahunun evini VURDU