Ölkədə statusundan asılı olmayaraq sığınacaq axtaran hər bir şəxsin hüquqları qanunvericiliklə tənzimlənir.
Modern.az-ın məlumatına görə, bunu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayev deyib.
Sədr bildirib ki, Azərbaycanda sığınacaq almaq istəyən şəxslərin Dövlət Miqrasiya Xidmətinin qərarından məhkəmələrə müraciəti ildən-ilə artır:
"2015-ci ildə məhkəməyə bu məsələ ilə bağlı 8, 2016-cı ildə 11 müraciət daxil olub. 2017-ci ildə bu rəqəm iki dəfə artıb. Həmin il məhkəməyə bu məsələ ilə bağlı 38 müraciət daxil olub. Təkcə 2018-ci ilin 2 ayı ərzində 11 belə iddia daxil olub. Bunlardan indiyədək 30 iddia rədd edilib".
R. Rzayev qeyd edib ki, məhkəməyə müraciət edən əcnəbilər əsasən Əfqanıstan, Türkiyə, İran və Rusiya vətəndaşlarıdır.