Şərqi Quta bölgəsində 5 saatlıq atəşkəs başlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya qoşunları və müttəfiqlərinin nəzarəti altında olan bölgədə hər gün yerli vaxt ilə səhər saat 7-dən günorta ikiyə kimi atəşkəs hökm sürəcək. Bu müddət ərzində ölkəyə qida və sağlamlıq üçün məhsulların daşınması planlaşdırılır. Bundan başqa müayinəyə,əməliyyata ehtiyacı olan bölgə əhalisinin atəşkəs vaxtı xəstəxanaya çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, Birləşmiş Millətlər Təhlükəsizlik Şurası tərəfindən Suriyada təcili atəşkəs elan edilməsi tələb edilmişdi.