Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 25-də şəhər sakinləri Emin Ömərə və İbrahim Cəfərova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Coşqun Hüseynov saxlanılıb.
Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Araşdırmalarla həmin vaxt İ.Cəfərovun münaqişə zəminində C.Hüseynovun atası İslamın ayaq nahiyəsinə bıçaqla xəsarət yetirməsi də müəyyən edilib.