Fevralın 25-də Daşkəsən rayonunun Əhmədli kənd sakini Mahizər Cəfərova evində münaqişə zəminində Gəncə şəhər sakini Qorxmaz Bağırov tərəfindən qətlə yetirilib.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, fevralın 26-da Q.Bağırov Kəpəz rayonunun Məhsəti qəsəbəsindəki evinin həyətində özünü asıb.
Araşdırma aparılır.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Mahizər Cəfərova və 1978-ci il təvəllüdlü Qorxmaz Bağırov qeyri-rəsmi nikahda yaşayırmışlar.