Modern.az

Təhsil Nazirliyi məktəbdənkənar müəssisələrə necə nəzarət edir? - AÇIQLAMA  

Təhsil Nazirliyi məktəbdənkənar müəssisələrə necə nəzarət edir? - AÇIQLAMA   

27 Fevral 2018, 12:40

“Şagirdlərin asudə vaxtının səmərəli təşkil olunmasına Təhsil Nazirliyi xüsusi diqqət yetirir. Bu, əsasən məktəbdənkənar müəssisələrdə həyata keçirilir”


Bunu Modern.az-a açıqlamasında təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Onun sözlərinə görə, həm paytaxtda, həm də bölgələrdə belə müəssisələr fəaliyyət göstərir.


“Onların sayı 145-dir. Bir çox şagirdlər məktəbdənkənar müəssisələrdə istedadını nümayiş etdirir və gələcək peşə istiqamətlərini seçə bilirlər. Məktəbdənkənar fəaliyyət müxtəlif istiqamətlərdə davam edir. Burada ekoloji tərbiyə, texniki yaradıcılıq mədəniyyətlə bağlı istiqamətlər var. Burada rəqs, musiqi dərsləri təşkil olunur. Xüsusilə gənclərin sağlamlığını nəzərə alaraq sağlam həyat tərzinə istiqamətləndirmək üçün çalışırıq ki, şahmat məktəblərini təşkil edək. Məktəblilərin marağı yüksəkdir və müsabiqələrdə fəal iştirak edirlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU