Çin Kommunist Partiyasının sədri Si Çzinpin hakimiyyət müddəti uzadıla bilər. Modern.az xəbər verir ki, Mərkəzi Komitə konstitusiyaya dəyişiklik edilərək partiya sədrinin 2 müddətdən artıq seçilməsi üçün maneənin aradan qaldırılmasını təklif edib.
Sonuncu dəfə konstitusiyaya dəyişiklik 2004-cü ildə həyata keçirilmişdi. Amma həmin vaxt dəyişikliklər liberal xarakter daşıyırdı və insan hüquqlarına hörmət, şəxsi əmlakın toxunulmazlığı kimi liberal dəyərləri kəs etdirirdi.
Amma 14 il sonra ölkə konstitusiyası tamamilə başqa istiqamətdə dəyişəcək. Ümumilikdə, 10 dəyişiklik təklif olunsa da, onların əksəriyyəti ideoloji xarakter daşıyır və ictimai müzakirələr ciddi təsir göstərmir. Əsas məqam isə Çin Xalq Respublikasının sədrinin bu postu 2 müddətdən artıq tuta bilməsi üçün maneənin aradandan qaldırılması ilə bağlıdır.
2013-cüm ilin martından Kommunist Partiyasına sədrlik edən Si Tzinpinin ilk sədrlik müddəti gələn il başa çatır. Hazırki qanun ona 2013-cü ilin martına qədər ölkəyə rəhbərlik etməyə şans verir. Lakin son dəyişiklikdən sonra 65 yaşlı lider hələ uzun müddət hakimiyyətdə qala biləcək.
Maraqlıdır ki, Si Tzinpin şəxsi hakimiyyətini möhkəmləndirməkdə davam edir. Ölkə Konstitusiyasına edilən bir əlavə isə “yeni sosializm dövrünün Çin spesifikası” ilə bağlı olmasıdır. Bu əlavə Si Tzinpinin özü tərəfindən edilib və ideoloji baxımdan onu keçmiş partiya liderləri Mao Tzedun və Den Syaopinlə eyni sıraya qoyur.
Amma onun öz nüfuzu möhkəmləndirməsi ölkə cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Çindəki ən populyar sosial şəbəkələr – Weibo və WeChat-da neqativ rəylər silinir və yalnız Kommunist Partiyasını tərifləyən rəylər yer alır.
Hesab olunur ki, payızda Kommunist Partiyasının XX-ci qurultayında Si Çzinpinin qeydi-məhdud hakimiyyəti daha da möhkəmlənəcək.