Modern.az

Eynulla Fətullyev “İnsan huquqları uğrunda” İctimai Hərəkat yaratdığını bəyan etdi

Eynulla Fətullyev “İnsan huquqları uğrunda” İctimai Hərəkat yaratdığını bəyan etdi

26 İyul 2011, 16:13

O jurnalistika fəaliyyətinə Naxçıvan Muxtar Respublikasına jurnalist İdrak Abbasovla birgə səfəri ilə başlayacaq

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində bir müddət öncə həbsdən çıxmış jurnalist Eynulla Fətullayev “İnsan haqları uğrunda” İctimai Hərəkat yaratması ilə bağlı mətbuat konfransı keçirib. Modern.az bildirir ki,  E.Fətullayev təşikilatın yaradılma məqsədləri ilə tədbir iştirakçılarını məlumatlandırıb.

Jurnalist qeyd edib ki, belə bir hərəkatı yaratmaq barədə fikrə bir hərbiçinin ailəsinin onunla söhbətindən sonra  gəlib: “Bir neçə gün öncə bütün prodsedur qaydalar pozulmaqla MTN tərəfindən həbs edilən və ailəsi tərəfindən sadəcə itkin düşmüş hesab edilən bir hərbiçinin qohumu mənə kömək üçün müraciət etdi.  Gün ərzuində mənə bu kimi çoxsaylı müraciətlər edilir. Məhz bu da məndə belə bir ideya yaratdı ki, hüquqları pozulan şəxslərin müdafiəsi  məqsədi daşıyan bir hərəkat təsis edək. Mən artıq müvafiq sənədləri hazırlayaraq  Ədliyyə Nazirliyinə, eləcə də sürətlərini Avropa Şurasına göndərmişəm. Bütün haqları pozulan şəxsləri bu  hərəkata qoşulmağa çağırıram”, - deyə bildirən Fətullayev artıq hərəkat üçün ofis də kirayələdiklərini bildirib.

E.Fətulayev onu da qeyd edib ki, o yalnız insan hüqularinin müdafiəsi ilə deyil jurnalistika ilə də məşğul olacaq. Bu məsələnin icrasına “xüsusi bölgə” sayılan Naxçıvandan başlamağı nəzərdə tutduqlarını və jurnalist İdrak Abbasovla birgə yaxın həftələrdə Naxçıvana səfər etməyi qərara aldıqlarını bildirib. O, həmçininin “Realnıy Azerbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin də yaxın gələcəkdə fəaliyyətə başlaması üçün ciddi işlərin getdiyini deyib.

“Qəzetlərin fəaliyyətini yenidən canlandırmaq məqsədi ilə 5 böyük donor təşkilatla danışıqlar gedir və ilkin fəaliyyətimiz üçün maliyyənin ayrılacağı gözlənilir”, -  deyə E. Fətullayev qeyd edib.

E.Fətullayev Böyük Britaniyada fəaliyyət göstərən və üzvü olduğu  “PEN-klub”dan dəvət aldığını, dəvəti bu yaxınlarda reallaşdıracağını deyib. Britaniyaya səfəri çərçivəsində görüşlərdə Azərbaycanda insan haqları, siyasi məhbuslar  və sair kimi problemləri diqqətdə saxlayacağını vurğulayıb. O, “PEN-klub”un bu günlərdə nəşrdən çıxan “PEN-klub yazarları 50 ildə”  kitabında dünyanın tanınımış siyasi dissidentləri sırasına adının Azərbyacan dissidenti kimi salındığını qeyd edib.

Xatırladaq ki, 26 may 2011-ci ildə Eynulla Fətullayev dövlət başçısının əfv fərmanına əsasən azadlığa buraxılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal