Modern.az

SOCAR Ukraynada Xocalıya dair videoçarx yayımlayır

SOCAR Ukraynada Xocalıya dair videoçarx yayımlayır

Aktual

27 Fevral 2018, 16:03

Fevralın 23-dən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı SOCAR-ın Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində soyqırıma dair videoçarx yayımlanır.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında maarifləndirici məlumatlar, soyqırıma dair fotolar, rəqəmlər yer alıb.

 

“SOCAR Energy Ukraine” şirkəti hesab edir ki, bu təbliğat vasitəsilə yanacaqdoldurma məntəqələrinə gələn insanlar Xocalı soyqırımı haqqında həqiqətləri öyrənə bilirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi