“Gənc Mühasiblər” İctimai Birliyi Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə yeni iş yerlərinin açılması ilə bağlı sosial layihə həyata keçirir. İlk dəfə olaraq Qeyri-hökumət təşkilatı bu səpkidə sosial layihə həyata keçirir. Layihənin məqsədi gəncləri yeni iş yerləri ilə təmin etməkdir. Eyni zamanda onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün şərait yaratmaqdır. Bu layihə çərçivəsində Sumqayıt şəhərində kiçik şirniyyat sexi açılacaq. Şirniyyat sexində 15 nəfər işə cəlb olunacaq.
Şirniyyat sexinin açılışına Almaniya Səfirliyinin İqtisadi Məsələlər üzrə Büro rəhbəri və digər nümayəndəsi, Sumqayıt Şəhər İcra hakimiyyətinin əməkdaşları, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, “Dan” Beynəlmiləçi Gənclər İctimai Birliyinin sədri Gülarə Teymurova, Milli QHT Formunun prezidenti Rauf Zeyni və s. dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət olunublar.
Birlikdən Modern.az-a bildirilib ki, şirniyyat sexinin açılışı sabah saat 18:00-da olacaq.