Modern.az

“Türkiyənin Beynəlxalq Valyuta Fonduna borcu yoxdur”

“Türkiyənin Beynəlxalq Valyuta Fonduna borcu yoxdur”

Aktual

27 Fevral 2018, 18:30

“Türkiyənin Beynəlxalq Valyuta Fonduna borcu yoxdur”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdə Türkiyə-Əlcəzair Biznes Forumunda bildirib.

 

“2002-ci ildə Beynəlxalq Valyuta Fonduna 22,5 milyard dollar borcumuz var idi. 2013-cü ildə bunu sıfıra endirdik. Bundan sonra BVF bizdən 5 milyard dollar borc istədi. Mən də dedim verin. BFV bu məsələdə türklərin ciddi olduğunu görüb pulu almaqdan imtina etdi”, - o qeyd edib.

Ərdoğan deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollardır: "Bu, çox azdır. Yaxın illərdə bu rəqəmi 5 milyard dollara çatdırmaq, daha sonra isə bu göstəricini yüksəltmək niyyətindəyik".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi