Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin iddialarına cavab verib. Azərbaycan-Ermənistan dövlət sərhədində erməni kəndinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbəri şərh edərkən Müdafiə Nazirliyindən Modern.az-a bildiriblər ki bu, ermənilərin növbəti dezinformasiyasıdır:
"Bu cür bəyanatla onlar gələcək təxribatlarına zəmin yaradırlar”.