Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev, üzvləri Nazir Quliyev, Zaur Seyidzadə, Zəlihə Tahirova və Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov "Qadın koloniyası" kimi tanınan 4 saylı cəzaçəkmə müəssisəsində növbəti başçəkmə-monitorinq keçiriblər.
Modern.az-ın məlumatına görə, başçəkmə-monitorinq çərçivəsində müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.
Eyni zamanda Komitə üzvəri 37 nəfər məhkumla onların istəklərinə uyğun olaraq konfedisial söhbət aparıb və onlara hüquqi yardım göstərilib.
Komitə üzvəri ilə söhbət zamanı bəzi əcnəbi məhkumlar cəzanın çəkilməmiş hissəsinin öz ölkələrində çəkilməsi məsələsinə baxılmasını xahiş ediblər.
“Ötən illərlə müqayisədə məhkumların məşğulluq səviyyəsi artması müsbət nümunə kimi qeyd edilməlidir. Eyni zamanda məhkumlara verilən tənbeh tədbirlərinin sayı azalıb, həvəsləndirmə tədbirləinin sayı isə artıb”-deyə İctimai Komitə bəyan edib.
Başçəkmə-monitorinqin nəticələri barədə rəy hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilib.
Modern.az