Modern.az

Tramp yenidən prezident olmaq istəyir

Tramp yenidən prezident olmaq istəyir

27 Fevral 2018, 23:43

ABŞ lideri Donald Tramp 2020-ci il prezident seçkiləri üçün öz seçki qərargahının rəhbərini təyin edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qərargaha siyasi strateq Bred Parskeyl başçılıq edəcək. O buna qədər Trampın qərargahında işləyib, seçkilərlə bağlı rəqəmsal əməliyyatlara cavabdeh olub.

 

Məlumatda Trampın 2020-ci ilin seçkiqabağı kampaniyasına, Konqres seçkilərinə 8 ay qalmış start verməyə planlaşdırdığı qeyd olunur. Belə ki, həmin seçkilərdə ABŞ qanunverici orqanında Respublikaçıların mütləq üstünlüyə malik olub olmayacağı müəyyənləşəcək.

 

Bundan əvvəl ABŞ KİV-ində Trampın şəxsi pilotunu ABŞ aviasiya idarəsinin rəhbəri təyin edəcəyi barədə xəbərlər yayılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Netanyahunun evini VURDU