Bakıda bayram yarmarkaları fəaliyyətə başlayır. Modern.az xəbər verir ki, "Xəzər xəbər"ə istinadən xəbər verir ki, bayram yarmarkaları martın 25-ə kimi fəaliyyət göstərəcək.
Artıq paytaxtın müxtəlif yerlərində Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamenti tərəfindən 8 mart Beynəlxalq qadınlar günü və Novruz bayramı ilə əlaqədar bayram çadırları qurulur. Belə çadırlardan biri ilk olaraq metronun 28 may stansiyasının qarşısında qurulub. Bu yarmarkalarda bir çox məhsul satışa çıxarılıb.
Satıcıların sözlərinə görə burda satılan məhsullar digər yerlərlə müqayisədə ucuzdur.
Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib ki, bayram yarmarkaları metronun "Elmlər Akademiyası", "İnşaatçılar", "Nəriman Nərimanov" və "Neftçilər" stansiyalarının qarşısında da qurulacaq. Bununla yanaşı,bayram çadırları təkcə metrostansiyaların qarşısında yox insanların sıx olduğu digər yerlərdə də quraşdırlması nəzərdə tutulub.
Qurum rəsmisi, həmçinin, bildirib ki,yarmarkalarda qiymət artımının qarşısını almaq üçün əməkdaşlar tərəfindən ciddi nəzarət olacaq.