Şimali Koreyanın hazırki lideri Kim Çen In 20 il əvvəl Avropaya oxumağa getmək üçün Braziliya pasportundan istifadə edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu zaman o sənədi başqa şəxsin adından vermişdi.
Məlumata görə, 1990-cı illərdə Qərb ölkələrinə daxil olmaq üçün Kim Çen In və onun atası Kim Çen İr qanunsuz yolla əldə etdikləri Braziliya pasportlarından istifadə ediblər. Ehtimal olunur ki, bu addım ölkədə çevriliş baş verəcəyi təqdirdə Avropaya qaçmaq üçün ehtiyat variant olmalı idi.
Maraqlıdır ki, pasoportların sahibi kimi Cozef İcon Çoyun adları göstərilib.