Modern.az

BAXCP-dən növbəti ittiham: "Gənclər həbsdə, Rauf Arifoğlu Quş adasında"

BAXCP-dən növbəti ittiham: "Gənclər həbsdə, Rauf Arifoğlu Quş adasında"

26 İyul 2011, 17:58

Deputat Qüdrət Həsənqiliyevin sədri olduğu Bütöv Azərbaycan xalq Cəbhəsi Partiyası növbəti dəfə İctimai Palatanın funskionerlərini ttiham edib. Partiyanın mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda bildirilib:
“İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiyada həbs olunan gənclərin məhkəmə prosesinin davam etdiyi bir zamanda adıçəkilən qurumun rəhbərliyinə daxil olan şəxslər ölkədən xaricdə istirahət edirlər. Bir neçə müddət öncə İctimai Palatanın aksiyasında həbs olunan şəxslərin təcridxanada saxlanıldığı bir vaxtda onları mitinqə dəvət edən şəxslərin Yessentukidə istirahət etdiyini dilə gətirən BAXCP sədri Rauf Arifoğlunun qarğışına tuş gəlmişdi. O zaman İctimai Palatanın təmsilçisi və "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Yessentukidə Pənah Hüseyn və digərlərilə birgə müalicə olunduğunu bildirmişdi. Amma hazırda məhkəmə prosesi davam edərkən Rauf Arifoğlu müalicədə deyil, Türkiyədə - Quş adasında istirahət edir”.
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli "İctimai Palatanın təyin etdiyi razılaşdırılmamış aksiyada həbs olunan gənclərin məhkəmə qarşısında dayandığı bir zamanda qurumun rəhbərliyində təmsil olunan şəxsin xaricdə istirahət etməsini necə qarşılayırsınız" sualının cavabında təəccüblənmədiyini deyib: "Mən bu məsələyə xüsusi şərh verməyə ehtiyac duymuram. Məni təəccübləndirən başqa məsələdir. Diqqət yetirin, gənclərin məhkəmə prosesində onları razılaşdırılmamış aksiyaya dəvət edən şəxslərdən biri də iştirak etmir. İndi Rauf Arifoğlunu başa düşdük. Sizin dediyinizə görə o Quş adasındadır. İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn və adlarını çəkmədiyim digər şəxslər ki, ölkədədirlər. Bu adamlar beşcə dəqiqələrini belə həbslərinə bais olduqları gənclərin məhkəmə prosesində keçirmək istəmirlər. Əslində, bu ciddi mənəvi böhranın göstəricisidir. Mən çox istərdim ki, məhkəmələr həmin gənclərə həbs cəzası verməsinlər. Düşünürəm ki, həbsdə olduqları müddətdə bu gənclər kimin kim olduğunu yaxşı başa düşüblər. Bu baxımdan, onların azadlığa buraxılmasını arzulayardım".

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı