Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah Belçikada keçiriləcək "Brügge" - "Qarabağ" oyunu öncəsi komandamızın kapitanı Rəşad Sadiqova ağır itki üz verib.
Modern.az xəbər verir ki, klubun direktoru Əmrah Çəlikəl qol.az-a bildirib ki, İstanbula çatarkən komandanın yarımmüdafiəçisi və kapitanı Rəşad Sadiqovun qardaşı Səbuhi Sadiqovun qəflətən dünyasını dəyişdiyi xəbərini alıblar.
"Qarabağ" rəhbərliyi kollektivin adından Sadiqova başsağlığı verərək onu dərhal Bakıya geri göndərib. Beləliklə R.Sadiqov "Brügge" ilə iyulun 28-də Bakı vaxtı ilə saat 23:30-da başlayacaq səfər oyununda iştirak etməyəcək.
29 yaşlı Səbuhi Sadıqovun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Allah rəhmət eləsin!