Modern.az

Bu gün Bakıda 40, rayonlarda 42 dərəcə isti olacaq

Bu gün Bakıda 40, rayonlarda 42 dərəcə isti olacaq

27 İyul 2011, 09:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gündüz 35-39, yarımadanın bəzi yerlərində 40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcəyədək isti, dağlarda gecə 15-19 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif cənub küləklərinin üstünlüyü, temperaturun yüksələcəyi gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı