Modern.az

İt İrandan Azərbaycana keçirilən narkotiki tapdı

İt İrandan Azərbaycana keçirilən narkotiki tapdı

Aktual

28 Fevral 2018, 14:51

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran ərazisindən Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi sərnişin avtobusuna baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsindən (DGK) Modern.az-a verilən məlumata görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı, xidməti it avtobusun iki sərnişin oturacağına reaksiya verib.

 

Xidməti itin reaksiyasına əsasən, həmin oturacaqların ətrafı əsaslı yoxlanılıb.

 

Nəticədə, avtobusun yan divarına tərəf olan oturacağın üzlüyünün altında 2 ədəd bükümdə, xalis çəkisi 93,18 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi