Modern.az

Abituriyentlərin ixtisas seçimi: kim pulluya, kim pulsuza düşəcək?

Abituriyentlərin ixtisas seçimi: kim pulluya, kim pulsuza düşəcək?

27 İyul 2011, 11:06

Ali məktəblərə qəbulu imtahanları başa çatıb. İyulun 22-dən başlayaraq müsabiqəyə buraxılan abituriyentlər ixtisas seçimi edirlər.  İxtisas seçimini düzgün seçmək onlara tələbə adını qazanmağa yardımçı olacaq. Bu il keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, 32281 abituriyent müsabiqəyə buraxılıb. Onlardan 9513-ü I, 9643-ü  II, 8981-i III, 4144-ü IV ixtisas qrup üzrə imtahanlarda iştirak edərək bu hüququ qazanıblar.

Ümumilkdə isə bu il bakalavr pilləsi üzrə ali məktəblərə 31 min 519 plan yeri ayrılıb. Onlardan 9848 yer I, 8988 yer II, 8839 III, 3844 yer isə IV ixtisas qrupu üzrə nəzərdə tutulub.
(Ötən il qəbul planı ümumilikdə 30 min 810 yer idi).

Bu il ali məktəblərdə dövlət sifarişli yerlərin sayı 10 min 616-dır. Onlardan 4136 yer I, 2345 yer II, 2642 yer III, 1493 yer isə IV qrupu üzrə nəzərdə tutulub.

Dövlət ali məktəblərinə bu il 26 min 484 plan yeri ayrılıb. Onlardan 9 min 127 yer I, 6586 yer II, 7136 III, 3635 yer isə IV ixtisas qrupuna aiddir.

Özəl ali məktəblərə isə bu il 5 min 35 yer ayrılıb. I ixtisas qrupu üzrə 721, II qrup üzrə 2402 , III ixtisas qrupu üzrə 1703, IV ixtisas qrupu üzrə isə 209 abituriyen özəl ali məktəblərə  daxil ola bilər.

Modern.az-ın araşdırmasına görə, bu il dövlət sifarişli yerlərdə daha çox texniki ixtisaslara üstünlük verilib. Bundan başqa dövlət sifarişli yerlər ötəb ilindən xeyli çoxdur. Hər qrup üzrə ən çox yer ayrılan dövlət sifarişli ixtisaslar bunlardı:  

I
qrup ixtisaslar   

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi - 212 yer.
Riyaziyyat və informatika müəlllimliyi - 209 yer.
Riyaziyyat müəllimliyi - 197  yer.  
Komyuter elmləri – 160.
Fizika müəllimliyi - 145 yer

II qrup ixtisaslar  

İqtisadiyyat - 286 yer.
Menecment – 230 yer.
Sənayenin təşkili və idarə olunması – 195 yer.
Biznesin idarə edilməsi - 185 yer.
Mühasibat uçotu və audit - 167 yer.

III qrup ixtisaslar  

Xarici dil müəllimliyi (dillər üzrə)- 410 yer.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi - 320 yer.
İbtidai sinif müəllimliyi - 260 yer.
Tarix müəllimliyi- 153 yer.

IV qrup ixtisasları  

Bədən tərbiyəsi və idman - 370 yer.
Biologiya müəllimliyi - 140 yer.
Müalicə işi – 195 yer
Kimya müəllimliyi -106 yer.

Maraqlıdır ki, Təhsil Nazirliyi bir tərəfdən ölkədə müəllimlərin sayının həddindən çox olduğunu bildirir, o biri yandan müəllimlərin iş tapa bilmədiyi ixtisaslar üzrə dövlət sifarişli yerlərin sayı artırılır. Məsələn, bu il müəllimlərin işə qəbulu üçün ibtidai sinif ixtisası üzrə respublikada cəmi 87 yerə vakansiya elanı verilib. Və bu yerlərə 1834 ərizə verilib. Bu, ümumilikdə işə qəbulda ən çox ərizə verilən ixtisasdır. Belə olan halda 2011-2012-ci tədris ili üçün dövlət sifarişi ilə ibtidai sinif müəllimliyi üçün 260 yerin ayrılması anlaşılan deyil.

Eyni iradı riyaziyyat, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarına da şamil etmək olar. Orta məktəblərdə bu fənnlər üzrə boş yerlər az, iş axtarananların sayı isə 4-5 dəfə çox olduğu halda bu ilki qəbul planında bu ixtisasları dövlət sifarişi ən çox olan yerlərin siyahısına salıblar.

Bul il I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilirlər.
TQDK bu ixtisas üzrə keçid ballarını açağı salıb. Çünki keçən il I ixtisas qrupunda ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxılmışdılar. 

 III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. (Ötən il III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxılıb).
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. 

IV qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilirlər. 
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. 
Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentin ümumi balı 200-dən az olmamalıdır (fənnlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur). 
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. 
Aşağıda göstərilmiş ixtisasların dövlət sifarişi əsasında ayrılış yerlərinin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər:
- Torpaqşünaslıq və aqrokimya;
- Aqronomluq;
- Zootexniklik;
- Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;
- Meşəçilik;
- Əczaçılıq (baytarlıqda);
- Baytarlıq. 

II qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər hansı bir imtahan fənni istisna olmaqla digər fənlərdən ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. 
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. 
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.

Bu ilki ixtisas seçimi avqustun 2-də başa çatır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?