Modern.az

Vüqar Səfərli narazı jurnalistlərə cavab verdi

Vüqar Səfərli narazı jurnalistlərə cavab verdi

27 İyul 2011, 11:51

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat günü ərəfəsində jurnalistlər arasında keçirdiyi son fərdi yazı müsabiqəsinin nəticələri media nümayəndələri arasında  narazılıqla qarşılanıb. Narazı jurnalistlər bəzi yazılı və elektron KİV-lərdə, sosial şəbəkələrdə Fondun müsabiqəsinin qeyri-obyektiv keçirildiyini bildirərək, müxtəlif ittihamlar səsləndirirlər.
Modern.az saytı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlidən son yazı müsabiqəsi ətrafında yaranan söz-söhbətlərə münasibət öyrənib.

“Jurnalist müsabiqəsinin nəticələri ilə bağlı narazı olanlar Fonda müraciət etsin”. Bu sözləri saytımıza V.Səfərli Milli Mətbuat günü ilə bağlı keçirilən yazı müsabiqənin nəticələri ilə bağlı jurnalistlərin narazılqlarını şərh edərkən bildirib.

“Nəticələrdən narazılıq barədə bizə hələ heç bir jurnalist müraciət etməyib. Kimsə gedib qıraqda nəsə danışırsa, onu mən qəbul etmirəm. Kimin narazılığı varsa, buyurub gəlsin Fonda, onun yazısını ortaya qoyaq ki, o nə yazıb, nə qədər bal toplayıb, niyə az toplayıb”-deyə V. Səfərli vurğulayıb.

İcraçı direktor müsabiqənin obyektiv keçdiyini və balların ekspertlərin rəyləri əsasında verildiyini qeyd edib.
“Fonda yazılı müraciət etdikdən sonra Müşahidə Şurasının üzvləri narazı jurnalisti ekspertlərin rəyləri ilə tanış edəcək. O zaman ekspertin rəyi, yazıya verdiyi bal açıqlanacaq. Hamısı orda aydın yazılır” deyə fond rəhbəri əlavə edib.

Müsabiqədə yazılara rəy verən ekspertlərin adını öyrənmək istəsək də, Vüqar Səfərli bu barədə açıqlama verə bilməyəcəyini vurğulayıb: “Biz yazılara rəy verən ekspertlərin adlarını açıqlamırıq. Əgər kimsə Fonda yazılı müraciət edərsə, mən onu yazacam Müşahidə Şurasının üstünə, Müşahidə Şurasının üzvləri o ekspertlərin rəyləri ilə onu tanış  edəcək. Bax bu ekspertin rəyi, nəyə görə bu balı verib, hamısı orda aydın yazılır”.

KİV DF-nin Milli Mətbuat günü ilə əlaqədar keçirdiyi fərdi jurnalsit yazısı müsabiqəsinin nəticələrindən narazı qalanlar isə Faceb0ok sosial şəbəkəsində səhifə yaradaraq yeni addımlar atacaqlarını, ölkə Prezidentinə yazılı şikayət məktubu göndərmək üçün jurnalistlərdən iş yerlərini göstərməməklə imza topladıqlarını qeyd ediblər. Narazı jurnalistlər müsabiqədə yazılara rəy verən ekspertlərdən artıq 3 nəfərin adını öyrəndiklərini də bildiriblər. Bunların Cahangir Məmmədli, Yadigar Məmmədli, Əflatun Amaşov olduğu qeyd edilir.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi