ABŞ-da yenidən silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Corciya ştatının Delton şəhərində müəllim ətrafdakılara atəş açıb.
Polisin yaydığı məlumata görə, o, məktəbdə barrikada qurub.
İlkin məlumata görə, hadisə zamanı şagirdlər xəsarət almayıb.
Hadisəni törədən müəllim saxlanılıb və məktəbdə dərs müvəqqəti olaraq dayandırılıb.